Boks üzrə Bakı birinciliyi başa çatıb

22 Fevral 2018 12:31

Xəbər 1384 dəfə oxunub

Respublika Boks Mərkəzində açıq Bakı birinciliyi başa çatıb.Azərtac xəbər verir ki, 2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan yarışda 40-a yaxın komandadan 245 idmançı qüvvəsini sınayıb.“Neftçi İdman Klubu”nun dəri əlcək ustaları paytaxt birinciliyində 15 medala (3 qızıl, 3 gümüş, 9 bürünc) yiyələniblər.Birincilikdə klubun yetirmələrindən Səid Abdullayev (43 kq), Rəmiş Cəfərov (65 kq) və Kamal Abdullayev (76 kq-dan yuxarı) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com