Futbol üzrə səkkizdəbir final mərhələsinin püşkü atılıb

23 Fevral 2018 14:31

Xəbər 745 dəfə oxunub

Fevralın 23-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib.Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Latsio” (İtaliya) – “Dinamo” (Ukrayna)

“Leypziq” (Almaniya) – “Zenit” (Rusiya)

“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya)

“CSKA” (Rusiya) – “Lion” (Fransa)

“Marsel” (Fransa) – “Atletik” (İspaniya)

“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Çexiya)

“Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya)

“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)

Qeyd edək ki, UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları martın 8-də, cavab matçları bir həftə sonra keçiriləcək.xeber100.com