“Barselona” futbol klubu yeni müqavilə imzalayıb

23 Fevral 2018 14:38

Xəbər 778 dəfə oxunub

“Barselona” futbol klubu Serji Roberto ilə müqaviləni yeniləyib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu 2022-ci ilədək “Barselona”nın heyətində çıxış edəcək.Klub rəhbərliyi futbolçu üçün yeni təzminat qiyməti də müəyyənləşdirib. Hansısa klub İspaniya millisinin üzvünü vaxtından əvvəl transfer etmək istəsə, bunun üçün 500 milyon avro ödəməli olacaq.Qeyd edək ki, 2010-cu ildən Kataloniya təmsilçisində çıxış edən futbolçu 115 oyun keçirib.xeber100.com