Avropa Liqasının 1/16 final mərhələsində

24 Fevral 2018 17:26

Xəbər 672 dəfə oxunub

Avropa Liqasının (AL) 1/16 final mərhələsində cavab matçlarının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, UEFA-nın apardığı səsvermənin qalibi “Latsio”nun hücumçusu Çiro İmmobile olub.“Styaua” ilə qarşılaşmada (5:1) het-trikə imza atan İmmobile oyunla yanaşı, həftənin qəhrəmanı seçilib. Azarkeşlər arasında aparılan sorğunun qalibi olan forvard 49% səs toplayıb.Onu “Milan”ın hücumçusu Fabio Borini (32%) və “Atletiko”nun forvardı Kevin Qameyro (15%) izləyib.xeber100.com