Futbol üzrə Azərbaycan Premyer Liqasında…

26 Fevral 2018 12:11

Xəbər 855 dəfə oxunub

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç futbol üzrə Azərbaycan Premyer Liqasındakı quru oyunlar seriyasını altıya çatdırıb.Azərtac xəbər verir ki, XVII turun “Kəpəz” ilə ev matçında qapısını toxunulmaz saxlayan Şehiç sonuncu dəfə IX turda qol buraxıb. O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın səkkizinci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb.Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0), mövsümün ikinci yarısında isə “Qəbələ” (0:0), “Səbail” (1:0), “Kəpəz”lə görüşlərdə top buraxmayan İ.Şehiçin quru seriyası 562-yə dəqiqəyə çatıb.xeber100.com