Azərbaycan Peşəkar Futbol Liqasının məlumatı

26 Fevral 2018 12:54

Xəbər 1000 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov üçün əlamətdar olub.Azərtac Azərbaycan Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşması 30 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu olub. 2007-2008-ci il mövsümündə Premyer Liqada debüt edən Ş.Rəhimov bu 11 çempionatda 5 klubun şərəfini qoruyub. Hesabında 10 qol olan yarımmüdafiəçi “Kəpəz”də 78 (6 qol), AZAL-da 56 (2 qol), “Rəvan”da 31 (1 qol), “İnter”də 23, “Karvan”da 12 (1 qol) oyuna çıxıb.Qeyd edək ki, Ş.Rəhimov Azərbaycan çempionatlarında 200 və ya daha çox oyun keçirən 122-ci futbolçudur.xeber100.com