“GoSport” idman malları mağazasında AFFA-nın rəsmi fanşopu açılıb

23 May 2016 15:43

Xəbər 935 dəfə oxunub

“Port Baku Mall”da yerləşən “GoSport” idman malları mağazasında AFFA-nın rəsmi fanşopu açılıb. Azərtac xəbər verir ki, burada azarkeşlər Azərbaycan milli komandalarının rəsmi oyun, məşq və nümayiş geyimlərini əldə edə bilərlər. Açılışda milli komandamızın üzvləri Kamran Ağayev, Qara Qarayev və Araz Abdullayev iştirak ediblər. Tədbirdə iştirak edən AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib ki, AFFA “GoSport”la bu əməkdaşlıqda çox maraqlıdır. Bu əməkdaşlıq sayəsində futbol azarkeşləri şəhərin mərkəzində yerləşən mağazadan çox rahatlıqla milli komandanın geyimlərini əldə edə biləcəklər. “GoSport” ilə əməkdaşlığın nəticəsi olaraq satış xərcləri azaldığı üçün malların qiyməti iki dəfə endirilib. Qeyd edək ki, “GoSport” Azərbaycanda ən iri idman mallarını təqdim edən multibrend mağazadır.xeber100.com