Beynəlxalq Futbol Federasiyası (FİFA) bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını martın sonlarında müəyyənləşdirməyi planlaşdırır.TASS agentliyinin verdiyi məlumata görə, bunu bu gün FİFA Hakimlər departamentinin rəhbəri Massimo Buzakka bildirib.FİFA martın 25-də Dubayda keçirilən iki günlük seminardan sonra dünya çempionatı üçün hakimlərin yekun siyahısını müəyyənləşdirəcək. Braziliyada keçirilən dünya çempionatında olduğu kimi Rusiyada da 25 hakim briqadasının oyunları idarə edəcəyi gözlənilir. M. Buzakka qeyd edib ki, Braziliyadan fərqli olaraq hakimlərin siyahısının yanvarda deyil, martda müəyyənləşdirilməsinin səbəbi isə Rusiyada keçiriləcək dünya çempionatında hakimlərə kömək məqsədi ilə video sisteminin tətbiq olunacağı ilə bağlıdır.Qeyd edək ki, Rusiyada futbol üzrə dünya çempionatı 14 iyun-15 iyul tarixlərində keçirəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…