Atletika üzrə dünya çempionatına yekun vurulub

5 Mart 2018 15:14

Xəbər 684 dəfə oxunub

Martın 4-də Böyük Britaniyanın Birmingem şəhərində qapalı məkanlarda atletika üzrə dünya çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, üçtəkanla tullanma yarışlarında çıxış edən Azərbaycan atleti Aleksis Kopelo 17,17 metr nəticə ilə dördüncü olub.Yarışın qalibi adını 17,43 metr nəticə göstərən ABŞ atleti Uill Kley qazanıb. Braziliyalı Almir Dos Santos mundialı ikinci, Portuqaliya təmsilçisi Nelson Evor isə üçüncü pillədə başa vurublar.Qeyd edək ki, ötən il Londonda təşkil olunan dünya çempionatını atletimiz beşinci pillədə başa vurmuşdu.xeber100.com