İspaniya çempionatının 27-ci turu çərçivəsində

5 Mart 2018 15:20

Xəbər 719 dəfə oxunub

Futbol üzrə İspaniya çempionatının 27-ci turu çərçivəsində növbəti oyun Kataloniyada keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi matçında “Barselona” öz meydanında Madridin “Atletiko” klubunu sınağa çəkib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən baxımlı qola imza atıb. Bundan sonra qarşılaşmada qol olmayıb – 1:0.Bu qələbədən sonra kataloniyalılar xallarının sayını 69-a çatdırıblar. İkinci pillədəki “Atletiko”nun isə 61 xalı var.Tura “Valensiya” – “Real Betis” oyunu ilə yekun vurulacaq.xeber100.com