Bədii gimnastika üzrə “Baltik halqası” yarışları keçirilib

6 Mart 2018 12:31

Xəbər 1197 dəfə oxunub

Riqadakı Olimpiya İdman Mərkəzində bədii gimnastika üzrə ənənəvi “Baltik halqası” yarışları keçirilib. 19-cu dəfə keçirilən builki turnirdə 18 ölkənin idmançıları iştirak edirdi.Azərtac xəbər verir ki, Azərbaycan gimnastı Zöhrə Ağamirova gürzlə hərəkətlərdə ikinci yeri tutub. Qızıl medal ukraynalı Vlada Nikolçenkoya qismət olub.“Baltik halqası” yarışlarının yekunlarına görə iştirakçılara mükafatlar və medallar təqdim olunmaqla bərabər, həm də Latviyanın tanınmış rəssamlarının əsərləri hədiyyə edilir.xeber100.com