“Rekrativo” futbol klubu müflis elan edilib

8 Mart 2018 14:51

Xəbər 828 dəfə oxunub

İspaniyanın “Rekrativo” klubu müflis elan edilib. Apasport.az saytının məlumatına görə, bu barədə “AS” nəşri xəbər yayıb.Bildirilib ki, Uelva şəhərinin bələdiyyəsi klubun bütün borclarını ödəməyi öhdəliyinə götürüb. Belə olan halda isə “Eurosamop” şirkəti klubu 1 avro rəmzi məbləğə satın alacaq.Maraqlıdı ki, “Rekreativo” İspaniyanın ən qədim klubudur. Bu komanda 1889-cu ildə – “Barselona”dan 10, “Real”dan isə 13 il əvvəl yaradılıb.xeber100.com