“Neftçi” klubu “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək

13 Mart 2018 11:52

Xəbər 898 dəfə oxunub

“Neftçi” futbol klubunun U-12 komandası aprelin 6-dan 8-dək Türkiyədə keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək.Azərtac kluba istinadla xəbər verir ki, 48 komandanın iştirak edəcəyi turnirdə “Neftçi”nin “B” qrupundakı rəqibləri “Atletik” (İspaniya), “Sampdoriya” (İtaliya), “Fənərbağça”, “Bucaspor” (hər ikisi Türkiyə) və “Brommapoykarna” (İsveç) klublarıdır.xeber100.com