PSJ futbol klubu sponsor axtarışını davam etdirir

14 Mart 2018 13:34

Xəbər 879 dəfə oxunub

Fransanın PSJ futbol klubu Avropanın hüdudlarından kənarda sponsor axtarışını davam etdirir.Azərtac AFP agentliyinə istinadla xəbər verir ki, maliyyə fair-play təhlükəsi ilə üzləşən Paris təmsilçisi nəhəng Çin şirkəti olan “Desports” ilə müqavilə imzalayıb.Şirkət klubun Çində və Honkonqda lisenziya hüquqlarının idarə edilməsi və marketinqi ilə məşğul olacaq.Qeyd edək ki, klub ilə Çin şirkəti arasında 3,5 illik müqavilə imzalanıb.xeber100.com