Şahmat üzrə İddiaçılar Turnirinin dördüncü turunda

15 Mart 2018 12:57

Xəbər 1271 dəfə oxunub

Berlində şahmat üzrə İddiaçılar Turnirinin dördüncü turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.Azərtac xəbər verir ki, rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız 30-cu gedişdə heç-heçəyə razılaşıb.Turun digər oyunlarına gəlincə, ABŞ təmsilçisi Fabiano Karuana rusiyalı Vladimir Kramnikə, Ermənistan şahmatçısı Levon Aronyan digər Rusiya zəka sahibi Sergey Karyakinə qalib gəlib. Aleksandr Qrişuk (Rusiya) və Liren Dinq (Çin) isə xalları yarı bölüblər.F.Karuana 3 xalla birinci pillədə qərarlaşıb. Hesabında 2,5 xal olan Ş.Məmmədyarov və V.Kramnik 2-3-cü yerləri bölüşürlər. L.Aronyan, L.Dinq və A.Qrişuk 2 xalla 4-6-cı pillədə qərarlaşıblar. S.Karyakin və U.So 2 xalla 7-8-ci yerdədirlər.xeber100.com