UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb

16 Mart 2018 15:39

Xəbər 1206 dəfə oxunub

Martın 16-da futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib. Püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkib.Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Leyptsiq” (Almaniya) – “Olimpik Marsel” (Fransa)

“Arsenal” (İngiltərə) – “ÇSKA” (Moskva, Rusiya)

“Atletiko” (Madrid, İspaniya) – “Sportinq” (Portuqaliya)

“Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya)

İlk oyunlar aprelin 5-də, cavab qarşılaşmaları isə aprelin 12-də olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək. Avropa Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-ü İsveçrənin Nyon şəhərində keçiriləcək.xeber100.com