Dünya kuboku yarışlarının ikinci gününə start verilib

16 Mart 2018 15:57

Xəbər 1197 dəfə oxunub

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, bu gün təmsilçilərimizdən kişilərin yarışında Murad Ağarzayev, Dariy Morozov, Timur Bayramov, qadınların mübarizəsində isə Yuliya İnşina, Mariya Smirnova və Marina Nekrasova öz bacarıqlarını nümayiş etdirəcəklər.Kişi idman gimnastları günün birinci yarısında dayaqla tullanmada güclərini sınayacaqlar. Günün ikinci yarısında isə dəstəli at və turnikdə bacarıqlarını nümayiş etdirəcəklər. Qadın idman gimnastları isə gimnastika tiri və sərbəst hərəkətlərdə yüksək xal yığmağa çalışacaqlar.Qeyd edək ki, 25 ölkədən 100-dən çox gimnastın mübarizə apardığı dünya kuboku yarışına martın 18-də yekun vurulacaq.xeber100.com