Şahmat üzrə İddiaçılar Turnirinin beşinci turunda

16 Mart 2018 16:02

Xəbər 1354 dəfə oxunub

Berlində şahmat üzrə İddiaçılar Turnirinin beşinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Çin təmsilçisi Liren Dinq ilə qarşılaşıb.Azərtac xəbər verir ki, şahmatçımız çinli idmançı ilə xalları yarı bölüb.Beş turdan sonra Fabiano Karuana 3,5 xalla birinci pillədə qərarlaşıb. Hesabında 3 xal olan Ş.Məmmədyarov və V.Kramnik 2-3-cü yerləri bölüşürlər. L.Dinq, L.Aronyan və A.Qrişuk 2,5 xalla 4-6-cı pillədə qərarlaşıblar. S.Karyakin və U.So 1,5 xalla 7-8-ci yerdədirlər.xeber100.com