DÇ-2018 Rusiyada keçiriləcək

17 Mart 2018 21:59

Xəbər 1679 dəfə oxunub

FİFA 2018-ci il futbol üzrə dünya çempionatında hakimlərə video kömək sisteminin (VAR) istifadəsini rəsmi olaraq təsdiqləyib.APA-nın xəbərinə görə, müvafiq qərar qurumun Kolumbiyanın paytaxtı Boqotada keçirdiyi iclasında verilib.Bundan əvvəl, martın 3-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərə video kömək sisteminin (VAR) daimi olaraq qaydalara daxil olunmasını dəstəkləyib.Xatırladaq ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.xeber100.com