Gimnastika üzrə dünya kuboku yarışlarına yekun vurulub

18 Mart 2018 17:24

Xəbər 1074 dəfə oxunub

Bu gün Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ikinci gününə yekun vurulub. Azərtac-ın verdiyi məlumata görə, sonuncu final günündə kişi gimnastlar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə, qadın idmançılarda isə gimnastika tiri və sərbəst hərəkətlərdə final oyunları keçirilib.Kişilər arasında dayaqlı tullanmada Belarus təmsilçisi Pavel Bulauski (14.283 xal) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Filippinli gimnast Yulo Carlos Edrial (14.183 xal) dünya kubokunun ikincisi olub. İlk üçlüyü isə gürcüstanlı Konstantin Kuzovkov (14.133 xal) tamamlayıb.Qadınların gimnastika tiri yarışında qızıl və gümüş medallar Çinin aktivinə yazılıb. Bu ölkənin təmsilçiləri Huan Luo 13,400 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Jiaqi Lyu (1,933 xal) gümüş medala layiq görülüb. Üçüncü yerə isə özbəkistanlı Oksana Çusovitina (12.866 xal) çıxıb.Kişilər arasında dəstəli at yarışında qalib Çin idmançısı Hao Venq 15,100 xal toplayaraq bütün rəqiblərini üstələyib. İkinci yerdə Çin Taypey təmsilçisi Lee Çih Kai (14,766 xal) qərarlaşıb. İlk üçlüyü isə yaponiyalı Takaaki Sugino (14,633 xal) tamamlayıb.Qadınlar arasında sərbəst hərəkətlərdə Ana Derek 13,533 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya kubokunun gümüş medalına yunanıstanlı İoanna Xoulogi (12,733 xal) sahib olub. Türkiyə gimnastı Demet Mutlu (12,566 xal) isə üçüncü yerə çıxıb.Qeyd edək ki, sərbəst hərəkətlərdə ölkəmizi təmsil edən Yuliya İnşina türkiyəli gimnastla eyni xalı toplasa da, hakimlərin qərarına əsasən dördüncü pillədə yer alıb.Kişilər arasında turnik növü üzrə gedən mübarizədə Hollandiya təmsilçisi 14,700 xal toplayaraq dünya kubokunun qızıl medalını qazanıb. Fəxri kürsünün ikinci pilləsində Belarus gimnastı Andrey Lixovitski (14,200 xal) qərarlaşıb. Bürünc medalın sahibi isə xorvatiyalı Anton Kovaçevic (14,166 xal) olub.Sonda bütün qalib idmançılara medallar təqdim edilib.Beləliklə dörd gün ərzində ölkəmizin ev sahibliyi etdiyi dünya kubokuna yekun vurulub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02