İtaliya A seriyasında 29-cu turun növbəti oyunları keçirilib

19 Mart 2018 14:37

Xəbər 734 dəfə oxunub

Martın 18-də futbol üzrə İtaliya A seriyasında 29-cu turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “Milan” doğma meydanda “Kiyevo”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Milan” 11 oyundur ki, məğlub olmur.“Roma” isə səfərdə “Krotone”nın qapısına iki cavabsız qol vurub.“Yuventus” səfərdə “Spal”ın qonağı olub, matç gərgin anlarla yadda qalıb. Oyunda hesab açılmayıb – 0:0.Tura “Lazio” – “Bolonya” və “Napoli” – “Genoya” oyunlarından sonra yekun vurulacaq.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Sampdoriya” – “İnter” – 0:5.

“Bonevento” – “Kalyari” – 1:2.

“Verona” – “Atalanta” – 0:5.

“Torino” – “Fiorentino” – 1:2

“Udineze” – “Sasuolo” – 1:2.xeber100.com