Boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb

27 Mart 2018 13:32

Xəbər 669 dəfə oxunub

Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb. 13-cü dəfə keçirilən yarışda Azərbaycan millisi 7 medal qazanıb.Azərtac xəbər verir ki, bütün rəqiblərinə qalib gələn Nurlan Səfərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Nəbi İsgəndərov (56 kq) və Zaur Musayev (81 kq) gümüş medalla kifayətləndiyi halda, Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nicat Həsənov (69 kq) və Məhəmməd Yusifov (75 kq) üçüncü yeri tutublar.Yığmamız komanda hesabında ikinci olub. Millimizi yalnız Rusiya boksçuları qabaqlayıblar.xeber100.com