UEFA Çempionlar Liqasının final mərhələsində

28 Mart 2018 12:00

Xəbər 651 dəfə oxunub

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva UEFA tərəfindən yeni təyinat alıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində keçiriləcək “Linköpings” (İsveç)–“Mançester Siti” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.Qeyd edək ki, “Linköpings”–“Mançester Siti” futbol matçı martın 28-də İsveçin Linköping şəhərində keçiriləcək.xeber100.com