“Mançester Yunayted” klubu “Bavariya”ya 48 milyon avro təklif edib

29 Mart 2018 13:59

Xəbər 1021 dəfə oxunub

“Mançester Yunayted” klubu “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal ilə maraqlanır.Azərtac xəbər verir ki, “Mançester Yunayted” transfer üçün 48 milyon avro, dördillik müqavilə və illik 14,4 milyon avro təklif edib.Otuz yaşlı çilili futbolçunun “Bavariya” ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. Münxen klubu yarımmüdafiəçini bu yay satmayacağı təqdirdə oyunçunun azad agent kimi transferi reallaşa bilər. Oyunçunun agenti Fernando Feliseviç artıq İngiltərəyə yollanaraq klub rəsmiləri ilə görüş keçirib.Qeyd edək ki, cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 34 oyuna 6 qol vurub və 2 asist verib.xeber100.com