“Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində

31 Mart 2018 20:11

Xəbər 903 dəfə oxunub

Bildirilir ki, “Qarabağ” 29 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdı. Xəbərdə Ağdam təmsilçisinin nümayəndələrinin onunla danışıq aparmaq üçün İsrailə yollanmaq niyyətində olduqları da yazılıb.
Cari mövsümü yüksək səviyyədə keçirən Nissonun Azərbaycana köçmək ehtimalı yüksək qiymətləndirilir. Belə ki, “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi və hazırda Premyer Liqaya başçılıq etməsi müdafiəçinin qərarına təsir edə bilər.Qeyd edək ki, karyerası ərzində “Makkabi” (Təl-Əviv), “Hapoel” (Akko), “Aşdod”, “Beytar”, “Alki” (Kipr) və “Sent-Qallen” (İsveçrə) klublarında çıxış etmiş Nisso Kapiloto 2016-cı ildən “Hapoel”in formasını geyinir. İsrailin gənclər millisində çıxış etmiş müdafiəçinin Hayfa təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.xeber100.com