“PSJ” futbol klubu ölkə kubokunun finalında

2 Aprel 2018 13:26

Xəbər 634 dəfə oxunub

Fransanın “PSJ” futbol klubunun ölkə kubokunun finalında “Monako”nu (3:0) məğlub edərək bu titula layiq görülməsi parislilərin braziliyalı legioneri Dani Alveş üçün əlamətdar olub.Azərtac xəbər verir ki, 34 yaşlı futbolçu bu qələbə sayəsində karyerasında 36-cı kuboka sahib olub. O, bu göstərici üzrə futbol tarixində yeni rekord müəyyənləşdirib.Braziliya millisinin üzvü bu göstərici üzrə sabiq futbolçular uelsli Rayan Giqqsi və şotlandiyalı Kenni Dalqlişi geridə qoyub. Dani Alveş titullarının 23-nü “Barselona”nın heyətində qazanıb. O, digər kubokları isə “Bahia” (1), “PSJ” (2), “Yuventus” (2), “Sevilla” (5) klublarında forma geydiyi dövrdə aktivinə yazdırıb. Braziliya milli komandasının heyətində isə D.Alves bir dəfə Amerika kubokunu, iki dəfə isə Konfederasiyalar kubokunu başı üzərinə qaldırıb.xeber100.com