Aprelin 3-də UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, günün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İspaniyanın “Real” klubunu qəbul edəcək. Komandalar indiyədək 20 dəfə qarşılaşıblar. Komandalar sonuncu dəfə 2017-ci ildə üz-üzə gəliblər. “Millennium” stadionunda Çempionlar Liqasının final mərhələsinə təsadüf edən görüşdə “Real” 4:1 hesabı ilə qalib gəlib. Turinlilərin heyətində cəzalı olan Medhi Benatiya və Miralem Pyaniç bu görüşü buraxacaq. Zədəli Aleks Sandronun da meydana çıxacağı sual altındadır. “Real”da isə kapitan Serxio Ramos zədə səbəbindən oyunu buraxa bilər. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşmanın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.Günün digər oyununda isə İspaniyanın “Sevilya” klubu öz meydanında Almaniyanın “Bavariya” komandasının qəbul edəcək. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk qarşılaşmasında Almaniya təmsilçisi favorit hesab olunur. Lakin münxenlilər son beş İspaniya səfərindən əliboş dönüb.“Sevilya”da Ever Baneqa cəzalı, Xesus Navas izə zədəlidir. “Bavariya” isə uzun müddətdir zədəli olan Manuel Noyer və Kinqsli Komanın xidmətindən yararlana bilməyəcək. Oyunu Daniele Orsatonun rəhbərliyi altında italiyalı hakimlər briqadası idarə edəcək. Ona Rikkardo Di Fiore və Lorenzo Manganelli kömək edəcəklər. Davide Massa və Antonio Domato əlavə hakimlər, Alessandro Djalatini isə dördüncü hakim olacaq.Qeyd edək ki, dörddəbir final mərhələsinin digər oyunları aprelin 4-də keçiriləcək. “Liverpul” “Mançester Siti”ni, “Barselona” isə “Roma”nı qəbul edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…