Futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin oyunlarına start verilib.Azərtac xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma keçirilib. Günün birinci görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İspaniyanın “Real Madrid” klubunu qəbul edib. İlk hissənin əvvəlindən üstünlüyü ələ alan “Real Madrid” komandası ilk dəqiqələrdə Kriştianu Ronaldonun zərbəsi ilə hesabı açıb. Birinci hissə bu hesabla başa çatıb.Qarşılaşmanın 64-ci dəqiqəsində Ronaldo yenidən fərqlənərək komandasını irəli çıxarıb: 0:2. 72-ci dəqiqədə Marselo 3-cü qolu komandasının aktivinə yazıb. Beləliklə, qarşılaşma “Real”in 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.Günün digər oyunu isə İspaniyanın digər klubu “Sevilya” ilə Almaniyanın “Bavariya”-sı arasında baş tutub. Matçın favoriti sayılan “Bavariya” səfərdə minimal hesabla qalib gəlib – 1:2. Oyunun 31-ci dəqiqəsində meydan sahibləri Paulo Sarabiyanın zərbəsi ilə hesabı açsalar da, təşəbbüsü əldə saxlaya bilməyiblər. Seviliyalı Xesus Navas öz qapısına vurduğu topla hesabı bərabərləşdirib. “Bavariya”nın futbolçusu Tiaqo Alikantaranın vurduğu qol isə komandasına qələbə qazandırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…