“Bayer” futbol klubu yeni müqavilə imzalayıb

4 Aprel 2018 14:13

Xəbər 739 dəfə oxunub

“Bayer” futbol klubu yarımmüdafiəçisi Yulian Brandt ilə yeni müqavilə imzalayıb.Azərtac “Bayer”in rəsmi saytına istinadla xəbər verir ki, klub ilə 21 yaşlı futbolçu arasında yeni müqavilə 2021-ci ilin yayınadək nəzərdə tutulub. Futbolçunun öncəki müqaviləsinin müddəti 2019-cu ildə başa çatacaqdı.Qeyd edək ki, 2014-cü ildən “Bayer”də çıxış edən Brandt cari mövsüm Almaniya çempionatında 6 qol vurub və 3 məhsuldar ötürmə edib.xeber100.com