Voleybolçulardan ibarət Azərbaycan yığması Türkiyə millisi ilə qarşılaşacaq

5 Aprel 2018 12:41

Xəbər 749 dəfə oxunub

Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Cəlalov Türk Universiadası üçün heyəti açıqlayıb.Azərtac xəbər verir ki, Bakıda keçiriləcək yarışda Kənan Allahverdiyev, Asif Əliyev, Elmin Alışanov, Vüsal Rüstəmov, Dmitri Baranov, Andrey Vasilenko, İvan Kazaçkov, Ruslan Əliyev, Rudix Yaroslav, Vüqar Bayramov, Aqil Ağazadə və Tural Həsənli millinin heyətində yer alacaqlar.Yığmamızın rəqibi yalnız Türkiyə olacaq. Komandalar ilk qarşılaşmasına aprelin 7-də, ikinci oyununa ertəsi gün çıxacaqlar. Matçlar saat 15:00-da başlayacaq.xeber100.com