İtaliya çempionatının XVIII turunda…

5 Aprel 2018 12:56

Xəbər 654 dəfə oxunub

Futbol üzrə İtaliya çempionatının XVIII turunda “Milan” və “İnter” komandaları qarşılaşıblar.Azərtac xəbər verir ki, “San Siro – Cuzeppe Meatsa” stadionunda baş tutan Milan derbisi 0:0 hesabı ilə nəticələnib.Daim gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 172-ci dəfə baş tutub. Bu matçların 64-də “İnter”, 53-də isə “Milan” qalib gəlib. Bundan başqa, 54 görüş heç-heçə nəticələnib.“Della Madonnina” adlanan Milan derbilərinin sonuncusunda “İnter” klubu qalib gəlmişdi – 3:2.xeber100.com