Avropa Liqasının ilk oyunları çərçivəsində

7 Aprel 2018 15:25

Xəbər 1191 dəfə oxunub

Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən 4 qarşılaşmadan sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yalnız siyahının ilk 4 pılləsində qərarlaşan ölkələr xal hesablarını artıra biliblər.İspaniya, İngiltərə, İtaliya və Almaniya təmsilçilərinin hərəyə 1 qələbə qazanması onların mövqelərini möhkəmlədib. Rusiya, Fransa, Avstriya və Portuqaliya isə lider fərqinin nə olduğuna şahid olub. Nəticədə cədvəldə heç bir dəyişiklik olmayıb.Azərbaycan cari mövsüm 4,375 xal qazanıb. Son 5 ilin nəticələrinə görə 19,125 xala malik ölkəmiz 23-cü yerdədi.Qeyd edək ki, avrokuboklara başlayan 55 ölkədən yalnız 8-i 1/4 finalda təmsil olunur.xeber100.com