Avrokubokların 1/4 final mərhələsinin ilk oyunları başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu raundda əsasən qitənin güclüləri meydana çıxdığından dəyişikliklər də məhz ön sıralarda qeydə alınıb.Düzdü, İtaliya, İspaniya, Almaniya və İngiltərə təmsil edən, lakin liderlərdən çox uzaq olan komandaların da mövqeyində müəyyən dəyişikliklər yaşanıb. Lakin bunlar klubların öz əmsalı deyil, ölkə reytinqinə görə gerçəkləşib.Siyahının ilk “onluğ”unda da yerdəyişməyə təsadüf olunub. “Arsenal” Dortmund “Borussiya”sını arxada qoyub və 9-cu sıraya yüksəlib.Avropanın 442 komandasının yer aldığı cədvəldə Azərbaycan təmsilçiləri də var. Ən yaxşı klubumuz “Qarabağ”dı. Cari mövsümdə Çempionlar Liqasının qrupuna qədər irəliləyən Qurban Qurbanovun yetirmələri 73-cü sıraya şərikdi. Ağdam klubu 5 mövsümün nəticəsində 20,500 xala malikdi. Təmsilçimizin göstəricisi BATE (Belarus) və “Yanq Boyz”la (İsveçrə) eynidi.Ölkəmizin digər klublarından “Qəbələ” 5,250 xalla 191-ci, “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3,825 xalla 244-cü yerə şərikdi.Qeyd edək ki, hesabında 155,000 xal olan “Real” siyahıya başçılıq edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…