UEFA Çempionlar Liqası iki cavab qarşılaşması keçirib

11 Aprel 2018 13:56

Xəbər 688 dəfə oxunub

Aprelin 10-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində daha iki cavab qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, turun sensasiyası Romada qeydə alınıb. Səfərdə “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Roma” öz meydanında bu məğlubiyyətin əvəzini çıxıb. Di Françeskonun yetirmələri turnirin favoritlərindən hesab edilən “Barselona”nın qapısında 3 cavabsız top keçirərək adlarını yarımfinala yazdırıblar.Günün digər matçında isə “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəlib. Öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gələn mersisaydlılar cavab qarşılaşmasında da “Mançester Siti”yə heç bir şans verməyiblər. Yürgen Klopun yetirmələri bu dəfə 2:1 hesablı qələbəyə seviniblər.Beləliklə, “Liverpul” və “Roma” klubları yarımfinala adlayıblar.xeber100.com