Futbol üzrə yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

12 Aprel 2018 14:11

Xəbər 1027 dəfə oxunub

Aprelin 12-də futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.Azərtac xəbər verir ki, günün ilk qarşılaşması “İnter Arena”da keçiriləcək və “Keşlə” komandası “Sumqayıt” klubunu qəbul edəcək. Baş hakim Rəhim Həsənovun idarə etdiyi oyun saat 16:00-da başlayacaq.Növbəti matç Qəbələ şəhər stadionunda “Qəbələ” və “Neftçi” arasında oynanılacaq. Oyunu İnqilab Məmmədov idarə edəcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.xeber100.com