Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” super turnirində iştirakçıların siyahısında dəyişiklik edilib.“Shamkir Chess 2018”in mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sabiq dünya çempionu Vladimir Kramnik Təşkilat Komitəsinə məktub ünvanlayaraq, Berlində keçirilən iddiaçılar turnirindən sonra istirahətə ehtiyacı olduğunu qeyd edib. Buna görə də sabiq dünya çempionu “Shamkir Chess 2018” turnirinin təşkilat komitəsindən başqa şahmatçı ilə əvəz olunmasını xahiş edib. Yarış iştirakçılarına uğurlar arzulayan Vladimir Kramnik növbəti illərdə Azərbaycanda keçirilən turnirlərə böyük məmnuniyyətlə qatılacağını yazıb.Beləliklə, Vladimirik Kramnik Şəmkirdə keçiriləcək Vüqar Həşimov memorialında iştirak etməyəcək. Onun əvəzinə turnirdə Polşa millisinin üzvü Radoslav Voytaşek (2744) mübarizə aparacaq.Super turnirdə şahmat üzrə hazırkı dünya çempionu, “Shamkir Chess” turnirinin ikiqat qalibi, FIDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), sonuncu iddiaçılar turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778), hollandiyalı Aniş Giri (2777), FIDE versiyası üzrə dünya çempionu bolqarıstanlı Veselin Topalov (2749), çexiyalı David Navara (2745) iştirak edəcəklər.Azərbaycanı Vüqar Həşimov memorialında “Shamkir Chess” super turnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FIDE reytinqində ikinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcəklər.Turnirin təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək. İsveçrə sistemi üzrə doqquz turdan ibarət keçiriləcək yarışa aprelin 28-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…