İspaniya La Liqasının 32-ci turunda…

16 Aprel 2018 13:14

Xəbər 783 dəfə oxunub

İspaniya La Liqasının 32-ci turunda “Valensiya”nı qəbul edən “Barselona” 2:1 hesablı qələbə qazanıb.Azərtac xəbər verir ki, bu qələbə ilə kataloniyalılar yeni rekorda imza atıblar. Belə ki, “Barselona”nın məğlubiyyətsiz oyun seriyası 39-a çatıb.Qeyd edək ki, daha əvvəl rekord “Real Sosyedad” klubuna məxsus idi (38). “Barselona” 39 oyunda 32 qələbə qazanıb və 7 heç-heçə edib. “Real Sosyedad” isə 22 qələbəyə sevinib və 16 dəfə meydanı heç-heçə ilə tərk edib.xeber100.com