“Bavariya” klubu üçillik müqavilə imzalayacaq

16 Aprel 2018 14:25

Xəbər 1075 dəfə oxunub

“Bavariya”nın hazırkı baş məşqçisi Yupp Haynkesi mövsümün sonunda “Ayntraxt”ın çalışdırıcısı Niko Kovaçın əvəzləyəcəyi dəqiqləşib.Azərtac xəbər verir ki, xorvatiyalı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.O, iyulun 1-dən Münhen təmsilçisinin sükanı arxasına keçəcək.Kovaçın təyinatının maliyyə detalları da açıqlanıb. “Bavariya” rəhbərliyi “Ayntraxt” klubuna 2,2 milyon avro təzminat ödəyəcək. Razılaşmaya əsasən, Kovaçın köməkçilərindən biri qardaşı Robert Kovaç olacaq.Qeyd edək ki, 46 yaşlı Kovaç 2012-2013-cü ildə Xorvatiyanın U-21, 2013-2015-ci illərdə isə əsas komandasını çalışdırıb. 2015-ci ildən “Ayntraxt”ın baş məşqçisidir.xeber100.com