Futbol üzrə Fransa çempionatının 33-cü turu çərçivəsində “Park De Frens” stadionunda keçirilən mərkəzi qarşılaşmada PSJ klubu “Monako”nu qəbul edib.Azərtac xəbər verir ki, böyük hesablı qələbə ilə bitən oyunda qapılara səkkiz qol vurulub. Parislilər rəqib qapısından yeddi qol keçiriblər. Meydan sahiblərinin heyətində Lo Çelso (2 top), Di Mariya (2), Kavani və Draksler fərqləniblər. “Monako”nun futbolçusu Radamel Falkao isə avtoqolla yadda qalıb. Qonaqların heyətində yeganə qolun müəllifi Roni Lopez olub.Bu qələbədən sonra hesabındakı xalların sayını 87-yə çatdıran PSJ klubu digər komandalar üçün əlçatmaz olub və turnirin başa çatmasına beş tur qalmış çempionluğunu bayram edib.PSJ tarixdə yeddinci dəfə (1986-cı, 1994-cü, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı il) Fransa çempionu adını qazanıb. Keçən mövsüm çempionatın qalibi “Monako” olub.Parislilərin braziliyalı müdafiəçisi Dani Alveş 37-ci tituluna sahib olub. Belə ki, titulların sayına görə, Dani Alveş birinci pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…