Taekvondo Federasiyasının dəstəyi ilə…

17 Aprel 2018 12:24

Xəbər 1198 dəfə oxunub

Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və “Ümid” taekvondo klubunun təşkilatçılığı ilə “İlk liqa kuboku” keçirilib.Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən Azərtac-a bildiriblər ki, Mərkəzin taekvondo komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə Azərbaycan taekvondo tarixində ilk dəfə uşaq, yeniyetmə və gənclərdən ibarət 111 nəfərlik komanda ilə yarışa qatılıb. Yarışda 13 qızıl medalla birinci yeri tutan komanda “İlk liqa kuboku”nun və “İlk komanda kuboku”nun da sahibi olub.İki gün davam edən turnirdə 37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçu qüvvələrini sınayıb.Yarışlar Azərbaycan Boks Federasiyasının idman zalında keçirilib.xeber100.com