Slovakiyanın Vısokiye Tatrı şəhərində qadın şahmatçılar arasında Avropa çempionatı davam edir. Yeddinci turda rusiyalı Valentina Qunina öz həmvətəni Mariya Muzıçuka qalib gəlib. Onun aktivində 6 xal var. Altı şahmatçı liderdən yarım xal geridə qalır. Beş xal toplayan şahmatçılar, o cümlədən azərbaycanlı Günay Məmmədzadə 8-17-ci yerləri bölüşürlər. Azərbaycanın iki təmsilçisi – Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın aktivində 4 xal var. Gülnar Məmmədova və Türkan Məmmədyarova hərəyə 3,5 xal, Zeynəb Məmmədyarova isə 3 xal toplayıb.Azərtac xəbər verir ki, bu gün yarışların 8-ci turunda Azərbaycan şahmatçıları ağ fiqurlarla Rusiyadan olan rəqibləri ilə qarşılaşacaqlar. Günay Məmmədzadə-Aleksandra Qoryaçkina, Ülviyyə Fətəliyeva-Aleksandra Moltsevskaya, Xanım Balacayeva-Yelizaveta Solojenkina mübarizə aparacaqlar.Slovakiya yarışları İsveçrə sistemi üzrə 11 turda keçirilir.Avropa birinciliyində əsas mükafatlardan əlavə, qadınlar arasında nokaut sistemi üzrə dünya çempionatına 14 vəsiqə uğrunda mübarizə də aparılacaq. Turnirin qalibi aprelin 19-da bəlli olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…