Cüdoçular arasında IBSA dünya kuboku yarışları keçiriləcək

18 Aprel 2018 12:00

Xəbər 1024 dəfə oxunub

Aprelin 19-dan 25-dək Antalyada paralimpiyaçı cüdoçular arasında IBSA dünya kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və “Neftçi” idman klubunun dəstəyi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo üzrə millisi yarışda iştirak edəcək.Millimiz aprelin 18-də dünya kuboku yarışlarında iştirak etmək üçün Antalyaya yola düşüb.xeber100.com