İspaniya Çempionatının 33-cü turunda

18 Aprel 2018 12:19

Xəbər 713 dəfə oxunub

İspaniya Çempionatının 33-cü turu start götürüb. “Selta” komandası turnirın lideri “Barselona”nı qonaq edib.Azərtac xəbər verir ki, hesabı qonaqlar açıb 36-cı dəqiqədə O.Dembele fərqlənib – 0:1. Birinci hissənin əlavə olunmuş dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyə nayil olublar Conni adını tabloya yazdırıb – 1:1. Fasilədən sonra üstünlüyü əla alan qonaqlar hesabda yenə də irəli çıxıb Alkaser fərqlənib – 1:2.Qoldan beş dəqiqə sonra hakim “kataloniya”nın heyətində Sexio Robertoya qırmızı vərəqə göstərək meydandan kənarlaşdırıb.Hesabla razı olmayan meydan sahibləri 82-ci dəqiqədə Yaqin Aspasın sahəsində hesabı bərabərləşdiriblər – 2:2. Qalan dəqiqələrdə qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişilməyib. Beləliklə, görüş 2:2 hesabı ilə başa çatıb.Bu görüşdən sonra “Barselona” 83 xalla birinci pillədəki mövqeyini qoruyub. “Selta” isə 44 xalla doqquzuncu pillədədir.Digər oyunlarda isə “Deportivo”-“Sevilya” oyununda hesab açılmayıb, “Villyareal” isə “Leganes” klubunu 2:1 hesabı ilə məğlub edib.xeber100.com