“ShamkirChess-2018” superturnirinin açılış mərasimi keçiriləcək

18 Aprel 2018 12:35

Xəbər 1067 dəfə oxunub

Aprelin 18-də məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess-2018” superturnirinin açılış mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18:30-da başlayacaq.xeber100.com