Anlaşma memorandumu imzalanıb

19 Aprel 2018 14:24

Xəbər 761 dəfə oxunub

Aprelin 19-da Bakıda Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında anlaşma memorandumu imzalanıb. Mərasim İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası çərçivəsində keçirilib.Azərtac xəbər verir ki, memorandumu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və İHİF-in baş katibi Məhəmməd Əl-Qarnas imzalayıblar.Memorandumun məqsədi İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, İslam ölkələrində idman və Olimpiya hərəkatını təbliğ etmək və İHİF üzv ölkələrinin gəncləri arasında birlik və qardaşlığı təbliğ etməkdir.Əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycan bu ilin iyulunda ikinci Beynəlxalq həmrəylik tennis çempionatına ev sahibliyi edəcək.Memorandum “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsi kimi dəyərləndirilib.xeber100.com