UEFA İnkişaf turnirində ilk oyun keçirilib

19 Aprel 2018 14:26

Xəbər 1132 dəfə oxunub

Futbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, Makedoniya komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Melis Ersoy vurub. Turnirin Əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 6:5 hesabı ilə qələbə qazanıblar.Yığmamız növbəti oyununu aprelin 20-də Xorvatiya komandasına qarşı keçirəcək.xeber100.com