IBSA dünya kuboku yarışları başa çatıb

24 Aprel 2018 12:37

Xəbər 693 dəfə oxunub

Antalyada cüdo idman növü üzrə keçirilən IBSA dünya kuboku yarışları başa çatıb.Milli Paralimpiya Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, yığmamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.Hüseyn Rəhimli (81kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevda Vəliyeva (52 kq) gümüş medal qazanıb. Səbinə Abdullayeva (57 kq), Orxan Qarayev (60 kq), Kənan Abdullaxanlı (90 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.Millimiz dünya kuboku yarışlarında Azərbaycan Cüdo Federasiyası və “Neftçi” idman klubunun dəstəyi ilə çıxış edib.xeber100.com