Futbolçulardan ibarət yığma komandamız ilk oyununu keçirib

24 Aprel 2018 12:47

Xəbər 628 dəfə oxunub

Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız ilk oyununu keçirib.Azərtac xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna Mehrac Baxşəliyev imza atıb.Aprelin 25-də keçiriləcək növbəti oyunda millimiz Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.xeber100.com