Aprelin 27-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib.Azərtac xəbər verir ki, Dünya Kuboku yarışında ilk olaraq çoxnövçülük (halqa və top) üzrə fərdi yarışlarda mübarizə aparan gimnastlar məharətlərini göstərirlər. Azərbaycanı fərdi yarışlarda “A” qrupunda Zöhrə Ağamirova və Veronika Hudis təmsil edirlər.Azərbaycan paytaxtında altıncı dəfə təşkil edilən turnirdə 26 ölkədən 127 gimnast mübarizə aparır. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edəcək.Yarışların ilk iki günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq, hər iki proqram üzrə çoxnövçülükdə qaliblərin və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.Yarışların sonuncu günündə keçiriləcək final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.Turnirdə, həmçinin ən yüksək icra xalını toplayan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.Azərbaycanı turnirdə 7 gimnast – Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva, Siyana Vasileva, Zöhrə Ağamirova, Veronika Hudis təmsil edəcəklər.Yarışın açılış mərasimi saat 17:30-da keçiriləcək.Turnir aprelin 29-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…