Futbol üzrə İspaniya La Liqasında 35-ci çempionatın bitməsinə üç tur qalmış çempion müəyyənləşib.Azərtac xəbər verir ki, “Municipal de Riazor” stadionunda keçirilən qarşılaşmada hesabı kataloniyalılar açıb. 7-ci dəqiqədə Koutinyo fərqlənib – 0:1. Matçın 38-ci dəqiqəsində Messi hesab arasındakı fərqi artırıb – 0:2. Fasiləyə beş dəqiqə qalmış meydan sahibləri qollardan birinin əvəzini çıxıb. Lukas Perez adını tabloya yazdırıb – 1:2. Birinci hissə bu hesabla başa çatıb.Matçın 64-cü dəqiqəsində Emre Colak hesabı bərabərləşdirib – 2:2. Qoldan sonra hücuma atılan “Barselona” klubu 82-ci və 85-ci dəqiqələrdə Messinin vurduğu iki qol ilə qarşılaşmanın taleyini həll edib. – 2:4. Görüş bu hesabla da başa çatıb. Bu qələbədən sonra 82 xal toplayan “Barselona” çempionatın bitməsinə üç tur qalmış çempionluğunu bayram edib.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Levante” – “Sevilya” – 2:1
“Espanyol” – “Las Palmas” – 1:1
“Real Sosyedad” – “Atletiko Bilbao” – 3:1
“Villyareal” – “Selta Viqo” – 4:1
“Real Madrid” – “Leganes” – 2:1
“Alaves” – “Atletiko Madrid” – 0:1
“Valensiya” – “Eybar” – 0:0
Tura aprelin 30-da “Real Betis”-“Malaqa” oyunu ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…